20 avqust tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “StrategEast” təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Digital LevelUP” proqramının ikinci  tədris dalğası üzrə məzun günü baş tutub.

Seçim mərhələsini uğurla keçmiş 180 tələbə 4 ay ərzində proqramın “Data Science”, “DevOps” və “Cloud Operations & Data Management”  olmaqla 3 istiqamətində dərslərə cəlb olunublar.

“Data Science” və “DevOps” dərsləri  “Sigma Software” Universitetinin təcrübəli müəllimləri  tərəfindən həftədə 2 dəfə olmaqla interaktiv şəkildə tədris edilib.  “Cloud Operations & Data Management” qrupunun tələbələri isə “Oracle” Universitetinin “MyLearn” platforması üzərindən “özü öyrənmə” metodu ilə video dərslərə baxaraq mövzular üzrə müvafiq “Oracle” sertifikatlarını əldə ediblər.

Proqramın sözügedən dalğası üzrə 73 tələbə məzun olub.  Məzunlar proqram müddətində “Oracle”ın beynəlxalq səviyyədə tanınan “Data Platform”, AI, “Foundations Associate və Oracle Data Science Professional”, “Oracle DevOps Professional” kimi imtahanlarını uğurla keçərək ümumilikdə 130-dan çox sertifikat əldə ediblər.

Əlavə olaraq, proqram çərçivəsində iştirakçılar üçün 1 avqust 2025-ci il tarixində “StrategEast” təşkilatının qlobal təhsil meneceri tərəfindən “Professional Branding” adlı xüsusi onlayn vörkşop təşkil edilib. Təlim zamanı iştirakçılar peşəkar CV-nin hazırlanması, motivasiya məktubunun tərtib olunması, işəgötürənlərlə səmərəli ünsiyyət bacarıqlarının inkişafı sahəsində praktik biliklər qazanıblar. İnteraktiv şəkildə keçən sessiyada bəzi iştirakçıların CV-ləri dəyərləndirilib.  

“Digital LevelUP” proqramı gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları qlobal texnologiya sənayesinə hazırlamaq və ölkədə İT mütəxəssislərinin sayını artırmaq məqsədilə həyata keçirilir.

Posted 
Aug 21, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All