Zoom süni intellekt qərarından geri döndü

Zoom Conferencing Service

Zoom istifadəçi məzmununun süni intellekt təlimi üçün istifadəsi ilə bağlı narazılıqlar artdığına görə geri addım atmalı oldu. Bəs burada tam olaraq nə baş verdi? Zoom bu yaxınlarda xidmət şərtlərini yenilədi və yeni müqavilə platformaya AI modellərini öyrətmək məqsədilə müştəri məlumatlarından istifadə etmək üçün demək olar ki, qeyri-məhdud icazə verdi. İstifadəçilər bunu qəbul etməyəcəklərini və məlumatlarının bunun üçün istifadə olunmasını istəmədiklərini bildirdilər. Bir çox məşhur adlar platformadan istifadəni dayandıracaqlarını açıqladıqdan sonra şirkət geri addım atmalı oldu. Xidmət şərtlərini bir daha yeniləyən Zoom, AI modellərini öyrətmək üçün daha heç bir müştəri məzmunundan istifadə etməyəcəyini söylədi.

Cristiano Ronaldo-dan yeni rekord: 600 milyon izləyici

"Al-Nassr” futbol klubunun “Al-Hilal”ı məğlub edərək Ərəb Çempionlar Kubokunu qazanması ilə birgə Ronaldo Instagram rekordu qırıb. Ronaldonun bu qələbədən sonra Instagram izləyicilərinin sayı 600 milyona çatıb. Beləliklə, o, Instagram-da izləyicilərinin sayı 600 milyonu keçən ilk şəxs olub.

Mark Zuckerberg Elon Musk-ı döyüşə ciddi yanaşmadığına görə qınayıb

Twitter: Elon Musk, Mark Zuckerberg and the bitter battle for the future of  social media | The Independent

Bu yaxınlarda Mark Zuckerberg 26 avqustun döyüş üçün uyğun olduğunu söylədi. Lakin Elon Musk-dan bununla bağlı bir cavab gəlmədi. Bir müddət sonra Zuckerberg Threads paylaşımında bildirib: "Düşünürəm ki, biz hamımız razılaşa bilərik ki, Elon ciddi deyil və biz irəliyə baxmalıyıq. Elon bir tarix haqqında düşünürsə, mənimlə necə əlaqə quracağını bilir. Əks halda, irəliyə baxmağın vaxtıdır. İdmana ciddi yanaşan insanlarla yarışmağa diqqət yetirəcəyəm”.

Mövzu ilə bağlı Musk "X" paylaşımında "Sabah qapını döymək üçün səbirsizlənirəm" deyə cavab verib.

Apple Watch X gəlir!

Gurman: Apple Planning Major 'Apple Watch X' Redesign to Introduce New Band  System and More - MacRumors

Apple önümüzdəki aylarda təşkil edəcəyi tədbir çərçivəsində iPhone 15 və yeni Apple Watch modellərini elan edəcək. Bu saatlara Watch Series 9 və ikinci nəsil Watch Ultra-nın daxil olacağı gözlənilir. Bununla belə, şirkətin “ağıllı saatda inqilab edəcək” Apple Watch X modeli üzərində işlədiyi iddia edilir. Dizaynda böyük dəyişiklik edəcəyi düşünülən Apple-in bunu saatın 10-cu ildönümü üçün xüsusi olaraq edəcəyi bildirilib.

Ekran kilidi WhatsApp Web-ə gəlir!

WhatsApp Web Beta Gets Screen Lock Option For an Added Layer of Security -  MySmartPrice

WhatsApp uzun müddətdən sonra veb versiyasına ekran kilidi funksiyasını gətirir. WhatsApp çatışmazlıqlarını bir-bir tamamlamağa davam edir. Yeni funksiya WhatsApp Web-in beta versiyasında peyda olub. Bu funksiya WhatsApp ekranını açarkən parol daxil etməyi tələb edəcək. Parol daxil edilmədikdə, ekran açılmayacaq. Yeni funksiya xüsusilə ictimai yerlərdə WhatsApp-ı unudanlar üçün faydalıdır. Hazırda yalnız bəzi beta istifadəçiləri tərəfindən sınaqdan keçirilir. Xüsusiyyətə "Məxfilik" parametrləri bölməsindən daxil olacaqsınız. Bu bölməyə daxil olduğunuz zaman “Ekran Kilidi” adlı bir seçim görəcəksiniz. Seçimi aktivləşdirdiyiniz zaman sizdən parol təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra indi hər dəfə WhatsApp veb səhifəsi açılanda parolu daxil etməli olacaqsınız.

ABŞ-ın bir çox bankı WhatsApp istifadə etdiyinə görə cərimələnib 

Wall Street Banks Settle SEC's WhatsApp Probe for $1.1 Billion (GS, C, MS,  BAC) - Bloomberg

Wells Fargo və bir sıra digər banklar daxili bizneslərini müzakirə etmək üçün WhatsApp, iMessage Signal-dan istifadə edib. Buna görə də, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən 549 milyon $ cərimələnib. Sözügedən hər 3 proqram ucdan-uca şifrələmədən istifadə etdiyi üçün mesajların məzmunu yalnız müvafiq idarəçilərin şəxsi hesablarına daxil olmaqla oxuna bilər.

Posted 
Aug 14, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All