Əlcəzair hökuməti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib. Yeni qaydalara əsasən, Əlcəzairdə istənilən növ virtual aktivlərin emissiyası, onların alınması, satışı və ya sahib olunması qadağan edilir.