Süni intellekt texnologiyaları sahəsində tanınan ElevenLabs, yeni "Eleven Music" adlı xidmətini istifadəyə verdiyini elan edib. Bu yeni platforma istifadəçilərə yalnız bir neçə dəqiqə ərzində süni intellekt vasitəsilə musiqi yaratmaq imkanı verir. Ən önəmlisi isə odur ki, yaradılan musiqilər tamamilə müəllif hüquqlarından azaddır və istənilən kommersiya məqsədilə sərbəst istifadə edilə bilər.

ElevenLabs daha öncə metndən səs yaratma texnologiyaları ilə diqqət çəkmişdi. “Eleven Music” isə şirkətin musiqi sahəsinə yönələn ilk ciddi addımıdır. Yeni xidmətin yaxın aylarda daha da təkmilləşdiriləcəyi və fərqli janrlarda musiqi yaratmaq imkanlarının genişlənəcəyi gözlənilir.

Şirkət bu addımla həm musiqi sahəsində yaradıcılar üçün yeni imkanlar açmağı, həm də süni intellektin tətbiq sahələrini daha da genişləndirməyi hədəfləyir.

Posted 
Aug 7, 2025
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.