Nazirlər Kabineti "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları"nı təsdiqləyib. Bu qərar Prezidentin 29 may 2025-ci il tarixli sərəncamının icrası çərçivəsində qəbul olunub.
Yeni mexanizm yerli və xarici istehsalçıları Azərbaycanda film və digər audiovizual məhsullar istehsalına təşviq etməyi, bu sahəyə investisiya cəlbediciliyini artırmağı və kino sənayesinin inkişafını hədəfləyir.
Qaydalara əsasən:
Yalnız müəyyən meyarlara cavab verən və auditdən keçmiş layihələrə geri ödəniş ediləcək
Proses şəffaflıq, səmərəlilik və beynəlxalq təcrübəyə uyğunluq prinsipləri əsasında aparılacaq
Məqsəd həm yerli prodüserlərin rəqabət qabiliyyətini artırmaq, həm də beynəlxalq əməkdaşlığı genişləndirməkdir