İngiltərə Qran Prisində podiuma çıxan Formula 1 pilotları bu dəfə hər zamankından fərqli bir kubokla qarşılaşıb. Yarışı ilk üç yerdə tamamlayan pilotlara LEGO parçalarından hazırlanmış xüsusi dizaynlı kuboklar təqdim olunub.
Yarışı maraqlı edən digər məqam isə Kick Sauber komandasının alman pilotu Niko Hülkenberqin üçüncü yeri tutaraq karyerasında ilk dəfə podium sevinci yaşaması olub. İlk dəfə podiuma çıxan Hülkenberqə LEGO-dan hazırlanmış kubok təqdim olunması sosial mediada geniş müzakirələrə səbəb olub.
Daha çox
Daily
kateqoriyasından
View All