Fransa və Britaniyadan X platformasına qarşı hüquqi addımlar atılır.

Paris prokurorluğu Elon Musk-a məxsus X sosial şəbəkəsinin Fransadakı ofislərində axtarışlar aparıldığını açıqlayıb. Tədbirlər kibercinayətkarlıq üzrə prokurorluq bölməsi tərəfindən Europol və Fransa polisinin müvafiq strukturlarının dəstəyi ilə həyata keçirilir.

Böyük Britaniyanın tənzimləyici qurumu Elon Musk-a məxsus X platforması və xAI şirkəti barəsində Grok çatbotunun cinsi xarakterli deepfake görüntülərin yaradılmasında istifadə edilməsi iddiaları üzrə araşdırmaya başlayıb.

Fransanın stintaqı çərçivəsində X-in alqoritminin “xarici müdaxilə məqsədləri üçün” istifadə oluna biləcəyi, həmçinin Grok alətinin fəaliyyəti nəticəsində Holokostu inkar edən məzmunun və cinsi deepfake videoların yayıldığı iddia edilir. Prokurorluq bildirib ki, Elon Musk və X-in keçmiş baş icraçı direktoru Linda Yaccarino 20 aprel tarixində ifadə vermək üçün çağırılıb.

Posted 
Feb 3, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All