Google, Veo 3-ə yeni və çox önəmli bir xüsusiyyət əlavə etdi. Artıq sadəcə komandalarla deyil, birbaşa bir fotodan video yaratmaq mümkündür və beləliklə çəkdiyiniz şəkillərdən video və kliplər hazırlaya biləcəksiniz.
Əslində bu yenilik may ayında Google-ın I/O tədbirində təqdim olunan Flow adlı video alətində artıq mövcud idi, amma yalnız Flow vasitəsilə istifadə olunurdu. Google indi bu funksiyanı daha geniş kütlələrə açır və Veo 3 və Gemini-ə inteqrasiya edir.