Google Turkiye və Türkiyə Futbo Federasiyası arasında bir illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən, Google Gemini Türkiyə kişi, qadın və aşağı yaş qrupları üzrə milli futbol komandalarının rəsmi texnologiya və süni intellekt sponsoru kimi fəaliyyət göstərəcək. Əməkdaşlıq çərçivəsində Gemini-nin generativ AI imkanları birbaşa azarkeş təcrübəsinə inteqrasiya olunacaq. İstifadəçilər süni intellekt vasitəsilə milli komandalar üçün fərdi şüarlar, dəstək marşları, sosial media paylaşımları və vizual məzmunlar hazırlaya biləcəklər. Sistem eyni zamanda futbol qaydaları, oyun statistikaları və komanda məlumatları ilə bağlı suallara cavab vermək üçün istifadə olunacaq.

Layihənin əsas məqsədlərindən biri milli komandalarla azarkeşlər arasındakı əlaqəni daha interaktiv və rəqəmsal formata keçirməkdir. Google bildirir ki, süni intellekt alətləri azarkeşlərin yalnız oyunu izləməsinə deyil, həm də komanda ətrafında yaradılan məzmunun bir hissəsinə çevrilməsinə imkan verəcək.

Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq idman sponsorluqların

Posted 
Jun 1, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All