"Google" və "Samsung"un birgə hazırladığı "Android XR" ağıllı eynəklərin 2026-cı ildə "Samsung" markası altında satışa çıxarılacağı bildirilib. Bu innovativ cihaz XR texnologiyası ilə fərqlənəcək. "Google" 2024-cü ilin dekabrında keçirilən “XR Unlock” tədbirində bu texnologiyanı ilk dəfə təqdim etmişdi.

Satış və paylama prosesini "Samsung" həyata keçirəcək, proqram təminatını isə "Google" təmin edəcək.