Elon Musk-ın süni intellekt çat-botu Grok-un şəkilləri redaktə etməyə imkan verən yeni funksiyası ciddi tənqidlərə yol açıb.

İstifadəçilər bu alətdən qadın və uşaqların görüntülərini cinsi xarakterli formada dəyişmək üçün istifadə ediblər.

Image

Şikayətlərdən sonra Grok təhlükəsizlik mexanizmlərində boşluqların olduğunu etiraf edib və problemin təcili aradan qaldırıldığını bildirib. Elon Musk isə qanunsuz məzmun yaradanların hüquqi məsuliyyət daşıyacağını açıqlayıb.

"Grok-u qanunsuz və zərərli məzmun yaratmaq üçün istifadə edən hər kəs bunun hüquqi nəticələri ilə üzləşəcək", - Musk bildirib.

Grok-un yaratdığı cinsi məzmunlu görüntülərlə bağlı Türkiyə, Fransa və Hindistan tədbir görüb. Türkiyədə müvafiq əmrlərə giriş bağlanıb, Fransada X platforması prokurorluq və tənzimləyici qurumlara şikayət edilib, Hindistan isə platformadan düzəldici addımlar barədə hesabat tələb edib.

Posted 
Jan 5, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All