Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“GTA 6” üçün ikinci treylerin tarixi sızdırıldı

MrBossFTW: GTA 6 Trailer 2 Coming Soon In 2024 (Rockstar Games Strange  Social Media Strategy)

GTA 6 ilə bağlı iddialar bitmək bilmir. İlk treyler yayımlandıqdan iki ay sonra həyəcan pik həddə çatdı və oyunun necə ola biləcəyi ilə bağlı çoxlu müzakirələr və fərziyyələr başladı. Sızan məlumatlara görə, “Rockstar Games”in ikinci GTA 6 treyleri böyük ehtimalla 2024-cü ilin may ayında çıxacaq. Bununla belə, GTA 6-nın 2025-ci ilin aprelinə qədər oyun həvəskarlarına təqdim ediləcəyi düşünülür.

TikTok "Add to Music" funksiyasını daha çox istifadəçi üçün əlçatan edir

TikTok add to music app

Tətbiqdəki “Add to Music” funksiyası sayəsində istifadəçilər videolarda bəyəndikləri musiqiləri “Apple Music”, “Spotify” “Amazon Music” kimi məşhur platformalarda yadda saxlaya bilirlər. Dekabr ayından etibarən 19 ölkədə aktiv olan bu funksiya fevralın 23-dən etibarən 160-dan çox ölkədə istifadəyə veriləcək. Mövzu ilə bağlı rəsmi açıqlama verən "TikTok" rəhbərliyi, istifadəçilərin sevdikləri musiqini vaxt itirmədən tapması və sonra onları seçdikləri musiqi platformasında saxlamaları üçün Add To Music-i hazırladıqlarını qeyd edib.

Elon Musk "Microsoft"u tənqid edib

Windows quraşdırılması zamanı ilk mərhələdə hesab yaradılması bəzi istifadəçilər üçün problemlər yaradır. Keçmişdə belə bir öhdəlik olmadığı halda, indi hesab yaradılmadığı təqdirdə əməliyyatı davam etdirmək mümkün deyil. Elon Musk "X"də etdiyi paylaşımda yeni kompüter aldığını və "Microsoft" hesabı yaratmaq istəmədiyi üçün kompüterdən istifadə edə bilmədiyini bildirib. Musk-ın şikayətindən sonra isə bir çox istifadəçi və iş adamı onun bu fikri ilə razılaşıb.

"Apple" kameralı qulaqlıqlar, ağıllı eynəklər, üzüklər və daha çoxu üzərində işləyir

"Apple" istifadəçilərə sağlamlıq məlumatlarını daim nəzarət etməyə imkan verəcək ağıllı üzük üçün planlar hazırlayır. Mark Qurmanın verdiyi məlumatlara əsasən, şirkət bu məhsula əlavə olaraq kameraya sahib “AirPods” və eynəklər üzərində də işlər görür. Onun sözlərinə görə, kameralı qulaqlıqlar hazırda sınaq mərhələsindədir və təqdimatı yaxın zamanda hələ ki gözlənilmir.

Yeni "Xbox" konsolu üçün təqdimat tarixi sızdırıldı

Compare Xbox Series X vs Xbox Series S Consoles | Xbox

“Microsoft” bu ilin iyun və ya iyul aylarında “Xbox Series X” konsolunun yeni, tam rəqəmsal versiyasını buraxa bilər. Şayiələrə görə, bu konsolun ən diqqət çəkən cəhəti onun standart qara rəng yerinə ağ xarici dizayna sahib olmasıdır. Şirkətin cihaza 2 TB yaddaş seçimini və ön tərəfdə USB Type-C portunu daxil edəcəyi də iddialar arasında yer alıb.

Posted 
Feb 26, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All