Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Günəş panelləri qarlı havada gözlənilməz performans göstərib

Fotoğraf açıklaması yok.

24 fevral tarixində yağan qara baxmayaraq, Qaradağ Günəş Elektrik Stansiyası maksimal 230 meqavat gücə çatıb. Həmin gün stansiya 1494.9 meqavat-saat enerji istehsal edərək əvvəlki günlərlə müqayisədə daha yüksək göstəriciyə sahib olub. Bunun səbəbi panellərin maili yerləşdirilməsi, səthinin sürüşkən olması və soyuq havanın panellərin effektivliyini artırmasıdır. Həmçinin qar örtüyünün ağ rəngi günəş işığını əks etdirərək panellərə əlavə enerji qazandırıb.

"Hogwarts Legacy 2" yalnızca tək oyunçu rejimində olacaq

Hogwarts Legacy 2 Reportedly Won't Be Live Service; Hogwarts Definitive  Edition to Include DLC

Məşhur jurnalist Jason Schreier bildirib ki, oyun tamamilə tək oyunçu rejimində və hekayə mərkəzli olacaq. Bundan əlavə, "Hogwarts Legacy" üçün yeni "Definitive Edition" hazırlanır və bu versiya bir sıra əlavə DLC məzmunu ilə gələcək.

"Microsoft" yeni AI modellərini təqdim etdi

Microsoft yapay zekâ modeli

"Microsoft" yeni süni intellekt modelləri "Phi-4-multimodal" və "Phi-4-mini"ni təqdim edib. Şirkətin açıqlamalarına görə, bu modellər "Azure AI Foundry" və "Hugging Face" platformaları vasitəsilə əlçatan olacaq və kompüterlər, smartfonlar, planşetlər və hətta avtomobillər üçün proqram təminatı hazırlamağa imkan verəcək.

“iPhone 16e”nin batareya nəticələri ortaya çıxıb 

The New iPhone 16E Is the Cheapest iPhone Apple Sells, but Who's It For? -  CNET

"Apple"ın yeni smartfonu "iPhone 16e" üzərində aparılan batareya testləri gözlənilməz nəticələr verib. "Tom’s Guide" tərəfindən edilən sınaqlara görə, bu model "iPhone 16"dan daha uzun batareya ömrü təqdim edir. "Apple" "iPhone 16e"nin 26 saata qədər video oynatmağa imkan verdiyini bildirmişdi və test nəticələri bunu təsdiqləyib.

"Razer" "Minecraft" temalı yeni məhsullarını tanıtdı

"Razer" "Mojang Studios" ilə əməkdaşlıq edərək "Minecraft" temalı yeni məhsullarını təqdim edib. Bu seriyaya "BlackWidow V4 X" klaviaturası, "Kraken V4 X" qulaqlığı, "Cobra mouse"u və "Gigantus V2" mouse pad daxildir.

Posted 
Feb 28, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All