22-23 sentyabr tarixlərində Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) Bakı şəhərində  keçirilir. Tədbir İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən, “Ambrosetti” (“European House”) kimi beynəlxalq tərəfdaşların iştirakı ilə təşkil olunub. Forumun sədri isə Azərbaycan Prezidenti İlham Əliyevdir.

İki gün davam edəcək tədbir çərçivəsində ölkənin həm iqtisadi potensialı, həm də strateji üstünlükləri ön planda tutulur. Forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak kimi sahələrdə regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunur.

Баку принимает инвесторов и лидеров бизнеса со всего мира на AIIF 2025.
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Forumun ilk günündə plenar sessiyalar və bir neçə panel diskussiyaları keçirilib: bölgələrin strateji inteqrasiyası, nəqliyyat və tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl” enerji, şəhərsalma və davamlı inkişaf başlıqları üzrə.

Rəqəmsallaşma sahəsinə xüsusi diqqət yetirilir: tədbir çərçivəsində rəqəmsal xidmətlər, incəsənətdə texnoloji tətbiqlər, rəqəmsal səhiyyə, texnoloji innovasiyalar və yeni texnologiyaların əsas sektorlarla inteqrasiyası məsələləri müzakirə olunan mövzulardandır.

Forum iştirakçılarına strateji əlaqələr qurmaq, yatırım sazişləri imzalamaq və ölkənin investisiya mühitini tanıtmaq üçün geniş imkanlar təqdim olunur. Təqdim olunan sərgilərdə Azərbaycanın maliyyə, sənaye və texnologiya potensialı nümayiş olunur.

Posted 
Sep 22, 2025
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All