3 sentyabr tarixində Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin bağlanış mərasimi baş tutub.


Tədbirdə 29 nəfər şagird müxtəlif dərəcəli diplom və mükafatlarla təltif olunub. Müsabiqə nəticələrinə əsasən 12 nəfər birinci yer, 11 nəfər ikinci yer, 7 nəfər isə üçüncü yerin qalibi olub.

Müsabiqənin 2024-cü ilin dekabr ayında keçirilən onlayn təsnifat mərhələsində Azərbaycanın 69 bölgəsindən 376 ümumtəhsil məktəbinin 1–10-cu sinif şagirdlərini təmsil edən 17.564 iştirakçı mübarizə aparıb. Nəticədə 667 şagird yarımfinala vəsiqə qazanıb. 2025-ci il 12 aprel tarixində keçirilən yarımfinal mərhələsində isə 418 şagird iştirak edib və onlardan 100 nəfəri final mərhələsinə yüksəlib. 9 iyun tarixində keçirilən superfinalda isə 30 nəfər qalib müəyyən olunub.

“Bebras” müsabiqəsi şagirdlərdə alqoritmik düşüncə və riyazi məntiq bacarıqlarının inkişafına xidmət edir, onların gələcəkdə İT sahəsində uğurlu mütəxəssislər kimi formalaşmasına təkan verir.

Posted 
Sep 4, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All