Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Instagram" alqoritmini yeniləyib

Instagram testing new feature that lets you add photos and videos to other  people's posts | Technology News - The Indian Express

"Instagram" məzmun yaradıcılarının daha geniş auditoriyaya çatması üçün alqoritmini yeniləyib. Yeni sistemə əsasən, Reels videoları həm izləyicilərə, həm də izləyici olmayanlara göstərilir. İzləyici olmayanlar üçün məzmun əvvəlcə onu bəyənə biləcək kiçik bir test auditoriyasına təqdim olunur. Yüksək qarşılıqlı əlaqə qazanan videolar isə daha böyük auditoriyalara yayılır. Alqoritm paylaşımların yalnız izləyici sayına görə deyil, qarşılıqlı əlaqə göstəricilərinə əsasən yayılmasını təmin edir.

Kriptovalyuta bazarında dalğalanmalar davam edir

Exploring the Post-crash Cryptocurrency Market | Toptal®

27 fevral tarixinə olan məlumata görə, "Bitcoin"in qiyməti 85 min dollara qədər geriləyib. Mütəxəssislər qiymət enişinin əsas səbəbi kimi ABŞ-də keçirilən Prezident seçkilərinin bazarlara təsirini göstərirlər.

"Apple" süni zəka dəstəkli PC bazarının lideri oldu

Apple yapay zekalı PC pazarını domine etti!

"Canalys"in araşdırmasına görə, 2024-cü ilin dördüncü rübündə satılan AI dəstəkli kompüterlərin sayı 15,4 milyon təşkil edib və bu, ümumi PC bazarının 23 %-ni əhatə edib. "Apple" bu seqmentdə 45 %-lik bazar payı ilə liderlik edərək "HP" və "Lenovo"nu geridə qoyub. "Windows" əməliyyat sistemli PC-lər 26 % artım göstərsə də, bazar payı yalnız 15 % olub

Peyk bağlantısı xüsusiyyəti büdcəyə uyğun telefonlara gələ bilər

How MediaTek became the best kept secret in smartphones | Digital Trends

"MediaTek" MWC 2025 öncəsi yeni nəsil M90 5G-Advanced modemini təqdim edib. MMAI texnologiyası ilə təchiz olunmuş modem şəbəkə şəraitini analiz edərək enerji sərfiyyatını optimallaşdırır və gecikməni azaldır. "UltraSave" texnologiyası sayəsində cihazın enerji səmərəliliyi 18 % artırılır. "MediaTek"in bu modemi yaxın gələcəkdə büdcəyə uyğun telefonlarda istifadəyə verilə bilər.

"Framework" ilk masaüstü kompüterini təqdim etdi

Kompakt dizaynı ilə seçilən "Framework Desktop" AMD Strix Halo arxitekturasına əsaslanan Ryzen AI Max prosessorları ilə təchiz olunub. İstifadəçilər 8 nüvəli Ryzen AI Max 385 və ya 16 nüvəli Ryzen AI Max+ 395 modelləri arasında seçim edə bilərlər. Cihaz oyun və süni intellekt tətbiqləri üçün optimallaşdırılıb və 128GB-a qədər RAM dəstəyi təklif edir. 2025-ci ildə satışa çıxacaq masaüstü kompüter dəyişdirilə bilən modulları ilə fərdiləşdirilə bilir.

Posted 
Feb 27, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All