Onlayn platformalar haqqında qadağa qanunla təsdiqləndi.
Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib və bununla da internet mühitində yeni məhdudiyyətlər qüvvəyə minib.
Yeni qaydalara görə, kütləvi şəkildə yayıldığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik göstərən ifadə, jest və ya görüntülərin internetdə paylaşılması qadağan olunur.
Qanun həmçinin əxlaqsız ifadələrin səsləndirilməsini, insan bədəninin milli-mənəvi dəyərlərə zidd formada nümayişini və buna bənzər məzmunun yayılmasını da məhdudlaşdırır.
Daha çox
Breaking News
kateqoriyasından
View All



