Apple bu il SE seriyasını yenidən brendləşdirərək daha sərfəli "e" seriyasına keçid edib. Cənubi Koreyadan yayılan məlumata görə, şirkət iPhone 17e modelini 2026-cı ilin yaz aylarında təqdim etməyi planlaşdırır.
Hesabatda diqqətçəkən məqam ondan ibarətdir ki, iPhone 17e-də istifadə olunacaq ekran paneli, daha əvvəl iPhone 14 və iPhone 16e modellərində işlədilən OLED panel olacaq. Bu da o deməkdir ki, Apple yeni ekran texnologiyası əvəzinə, köhnə amma keyfiyyətli paneldən istifadə edərək xərcləri azaltmaq istəyir.