i

Phone”dan 16 il sonrakı yenilik!

“Apple" "iPhone 15” seriyasında dizayn dəyişikliyi edəcək. Bu dəyişiklik xüsusən də “iPhone 15 Pro” və “15 Pro Max” modellərində olacaq. “Twitter”də paylaşılan CAD görüntülərinə görə, “Apple” 2023-cü il “iPhone” modelləri ilə düymələrdə ilk dizayn dəyişikliyini edəcək. Belə ki, “iPhone 15 Pro” və “15 Pro Max”da birləşmiş formada,  səs artırılması və “səssizə alma” düyməsi olacaq. Yəni ki, “iPhone 15 Pro” modellərində səsi artırmaq və azaltmaq üçün ayrı düymələr əvəzinə tək bir uzun düymə olacaq. Daha ətraflı:

“WhatsApp” istifadəçilərinə mesaj göndərməyə başladı!

“WhatsApp”ın bir müddətdir üzərində işlədiyi yeni funksiyası təqdim edilib. Bu yenilik çərçivəsində “WhatsApp” istifadəçilərə mesaj göndərəcək və onları yeni funksiyalar barədə xəbərdar edəcək. Bir şeyi vurğulayaq ki, “WhatsApp”ın ən böyük rəqibi olan “Telegram” illərdir eyni funksiyadan istifadə edir. “WhatsApp”dan istifadəçilərə göndərilən bu mesajlara cavab vermək mümkün olmayacaq.

İstifadəçilər “WhatsApp”dakı yeniliklərdən xəbərdar olmaq istəmədikləri halda “WhatsApp” mesajlarını bloklaya biləcəklər. Şirkət həmçinin mümkün saxtakarlıq cəhdlərinin qarşısını almaq üçün istifadəçi adının yanında yaşıl doğrulama nişanı da yerləşdirəcək.

“Linus Tech Tips” “hack”ləndi!

Dünyanın ən böyük texnoloji “YouTube” kanallarından olan “Linus Tech Tips” kanalı ələ keçirilib. “YouTube”da uzun müddətdir davam edən kanal “hack”lərinə bu kanal da qoşulub. Texnologiya dünyasının yaxından izlədiyi ən böyük media qurumlarından biri olan “Linus Tech Tips”in əsas kanalı “İlon Maskın əlinə keçdi”. “Linus Tech Tips”ə daxil olan şəxs və ya şəxslər, kanalı saxta Elon Musk canlı yayımları ilə doldurdublar. Eyni məzmunlu başlıqlar kanalda yer alıb: “Elon Musk: Bitcoin qayıdır? Bitcoin və Ethereum 2023-cü ildə “partlayacaq”!” və "OpenAI GPT-4: Getdikcə yüksələn AI Texnologiyası" və s.

 Bu altlıqlar ayağımıza düşərli olacaq!

Fransanın "Solecooler" şirkəti tərəfindən hazırlanan ikitərəfli ayaqqabı altlığı enerjisini addımlardan alır və istifadəçilərin ayaqlarını soyuq havada isti, isti havada isə sərin saxlayır. “Solecooler”in iki tərəfli içlikləri kimyəvi reaksiyalara və ya təkrar doldurulan batareyaların istifadəsinə ehtiyac olmadan istifadəçinin gəzinti fəaliyyəti ilə işləyir. Yəni heç bir elektrik avadanlığı olmayan içliklər gücünü birbaşa mənbədən - ayaqların özündən alır. “Climfeet” peşəkar və həvəskar idmançılar, tikinti sahələrində çalışanlar, yanğınsöndürənlər, əsgərlər, eyni zamanda da ev heyvanları üçün nəzərdə tutulub.

“Accenture” 19 min iş yerini ixtisar edir

Texniki konsultasiya nəhəngi “Accenture” 19 000 iş yerini və ya işçi qüvvəsinin 2,5 %-ni ixtisar etməyi planlaşdırır və bununla da xərclərini azaldaraq iqtisadi şəraitə uyğunlaşmaq niyyətindədir. “Accenture” Cümə axşamı günü SEC sənədində (PDF) bildirib ki, iş yerlərində azalma növbəti 18 ay ərzində həyata keçiriləcək. Eyni zamanda şirkət 2023-cü ilin fevralında başa çatan maliyyə ilində işçi qüvvəsini 38,000 nəfər artırdıqlarını da vurğulayıb.

 “WhatsApp” qrup administratorlarının səlahiyyətlərini artırır

“WhatsApp” qrup adminləri söhbətə kimin qoşulacağına nəzarət edəcək. Ötən gün “WhatsApp” qrup söhbəti üçün yeni funksiyalar təqdim etdi. “Meta” tərəfindən paylaşılan bir bloq yazısında yeni “WhatsApp” yeniləməsinin qrup adminləri üçün daha çox üstünlük yaradacağı aşkar edildi. Yeniləmə ilə gələn ilk xüsusiyyət qrupa kimin qoşulub - qoşulmamasına adminlərin qərar verməsidir. Bir sözlə, adminlərin dəvət linki olduqda qrup çatında yeni şəxsi qəbul etmək və ya rədd etmək seçimi olacaq.

“Google” mesajlarına süni intellekt dəstəyi

“OpenAI” tərəfindən hazırlanan “ChatGPT”, başda “Google” olmaqla bir çox texnologiya şirkətlərinin süni intellekt sahəsindəki işini sürətləndirib. Keçən il “Google” mesajlar tətbiqində dizayn dəyişikliyi edən şirkət indi süni intellektin dəstəkləyəcəyi cavab funksiyası üzərində işləyir. “Google” bir müddətdir ki, süni intellektlə işləyən görüntünü reallaşdıra biləcək “Imagen” adlı platforma üzərində də işləyir. Bildirilir ki, istifadəçilərin unikal fotolar göndərməsi üçün “Imagen”, “Google” mesajlar tətbiqinə inteqrasiya olunacaq.

Axtarış saytlarında rəqabət: “Opera”ya “ChatGPT” əlavə olunur!

Son zamanlar “Microsoft”un “ChatGPT”ə olan yatırımları gündəmdədir.Bundan başqa axtarış sistemlərində rəqabət kəskinləşdiyindən “Opera”da da oxşar vəziyyət yaranıb. Çin şirkəti axtarış sistemlərində süni intellektin əhəmiyyətini dərk etdiyindən yeni bir addım atmaq qərarına gəlib. Belə ki, “Opera”, “ChatGPT” süni intellektini özünə birləşdirir. Deyilənə görə, “Opera”, “ChatGPT” və “ChatSonic” kimi süni intellekt sistemlərinə inteqrasiya edir. Bu xüsusiyyətlər sayəsində istifadəçilər bu botlarla çoxlu əməliyyatlar apara bilərlər. Qeyd edək ki, proses yeni olduğundan bu məsələnin daha da inkişaf etməsi gözlənilir.

Posted 
Mar 24, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All