İ

ynə, botoksa qarşı təbliğat aparan “Dove”ın yaradıcı #OOH kampaniyası

Toksik gözəllik standartlarına qarşı uzun müddətdir ki, təbliğat aparan və bu yaxınlarda “TikTok”un qüsursuzluq filtri “Bold Glamour”a meydan oxuyan, tanınmış “Dove” markası Torontoda minlərlə şprisdən ibarət reklam lövhəsi ilə hər kəsi təəccübləndirib. “Dove” markasının Kanadada yerləşən “David Miami” və “Ogilvy Toronto” ilə birgə apardığı araşdırmasından görünən budur ki, 14-17 yaş gənclər arasında kosmetik inyeksiya prosedurları hədsiz çoxdur. “Dove”ın araşdırmasına görə, bu yaş qrupundakı kanadalı qızların 74 %-i xarici görünüşü ilə bağlı ən az bir şeyi dəyişmək istəyir.

62 %-i isə olduğundan daha gözəl görünmək niyyətindədir. Digər tərəfdən, təkcə son bir ildə ölkədə 50 min gənc qızın kosmetik inyeksiya proseduruna müraciət etdiyi bildirilir. Reklam lövhəsində yeniyetmə qız şəkli ilə birgə “Keçən il yeniyetmələrimizə 50 mindən çox kosmetik inyeksiya olunub” statistik cümləsi yer alıb.

Əsər Torontodakı “Square One” ticarət mərkəzində nümayişdədir. "Injectable Billboard" adlı kampaniya bu ayın əvvəli Kanadada nümayiş olunub. Sözügedən iş “DAVID Miami” və “Ogilvy Toronto” tərəfindən işlənib-hazırlanıb. Kampaniya 4 mediaresursla əlaqədar olub, Gözəllik və Sağlamlıq sənayesini əhatə edir.

Posted 
Apr 13, 2023
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.