Meta şirkəti WhatsApp-a yeni rəhbər kimi Kunal Shah-ı təyin edib.

Platformaya bundan sonra Hindistanın tanınmış sahibkarlarından biri olan Kunal Şah rəhbərlik edəcək. Şah fintex sahəsində fəaliyyət göstərən CRED şirkətinin qurucusu kimi tanınır və Hindistanın texnologiya və startap ekosistemində uzun illərdir investor, sahibkar və menecer kimi fəaliyyət göstərir.

Təyinat Meta-nın CRED-ə yatırdığı 900 milyon dollarlıq investisiyadan sonra baş verib və şirkətin WhatsApp-ın gələcək inkişaf strategiyası ilə əlaqələndirilir. Meta son illərdə platformanı təkcə mesajlaşma xidməti kimi deyil, həm də rəqəmsal ödənişlər, biznes həlləri və süni intellekt əsaslı xidmətlər üçün daha geniş ekosistemə çevirməyə çalışır.

Kunal Şahın rəhbərliyi altında WhatsApp-ın xüsusilə Hindistan və digər inkişaf etməkdə olan bazarlarda ödəniş xidmətləri, biznes kommunikasiyası və AI funksiyalarının genişləndirilməsinə daha çox diqqət yetiriləcək. Hindistan hazırda WhatsApp-ın ən böyük istifadəçi bazarlarından biridir.

WhatsApp-a son yeddi ildə rəhbərlik edən Will Cathcart isə Meta-dakı fəaliyyətini davam etdirəcək. Onun rəhbərliyi dövründə platformanın aylıq aktiv istifadəçi sayı 3 milyardı keçib, Kanallar (Channels), Communities, çoxsaylı məxfilik funksiyaları və biznes alətləri kimi bir sıra mühüm yeniliklər istifadəyə verilib. Meta bildirib ki, Cathcart şirkət daxilində yeni məhsul və texnologiyaların inkişafı istiqamətində çalışacaq.

Posted 
Jun 25, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All