Baş Prokurorluğun məlumatına görə, “Paysis” MMC (E-pul) internet vasitəsilə qanunsuz qumar oyunları təşkil etməkdə ittiham olunur. Şirkət və onun rəhbərliyi barəsində cinayət işi açılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə qərarı qüvvəyə minənədək Mərkəzi Bank şirkətə bütün ödəniş xidmətlərini dayandırmaq barədə göstəriş verib. Yalnız istifadəçilərin vəsaitlərinin geri qaytarılması əməliyyatlarına icazə verilir.
Qərar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən verilib. Şirkətin fəaliyyətinə nəzarət və hüquqi proses davam edir.

Posted 
Dec 11, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All