“Michael” filmi dünya üzrə 977 milyon dollar gəlir əldə edərək bioqrafik filmlər arasında yeni kassa rekordu müəyyənləşdirib.
Beləliklə, ekran əsəri daha əvvəl 975 milyon dollar gəlir toplayan “Oppenheimer”i geridə qoyaraq bütün zamanların ən çox gəlir əldə edən bioqrafiya filmi adına sahib olub. Film eyni zamanda musiqi bioqrafiyası janrında da yeni rekord müəyyənləşdirib. Bununla “Michael”, 911 milyon dollar gəlir əldə etmiş “Bohemian Rhapsody”ni də ötərək bu kateqoriyada ən uğurlu filmə çevrilib. Analitiklər yüksək gəliri Michael Jackson-un qlobal populyarlığı, geniş beynəlxalq nümayiş şəbəkəsi və tamaşaçı marağı ilə əlaqələndirirlər.
-90678460-bbc5-11f0-95ca-7bfb6916c8a0.jpeg)
Ekran əsərinin rejissoru Antoine Fuqua, prodüseri isə Graham King-dir. Baş rolu pop ulduzunun qardaşı oğlu Jaafar Jackson canlandırır. Film Michael Jackson-un uşaqlıq illərindən, Jackson 5 qrupundakı fəaliyyətindən başlayaraq onun “King of Pop” kimi dünya şöhrəti qazanmasına qədər olan karyera yolunu əhatə edir.
“Michael” ABŞ-də Lionsgate, beynəlxalq bazarlarda isə Universal Pictures tərəfindən yayımlanıb. Film nümayişə çıxdıqdan sonra həm kommersiya baxımından böyük uğur qazanıb, həm də bioqrafik filmlərin kassa göstəriciləri üzrə yeni rekord müəyyənləşdirərək kino tarixində xüsusi yer tutub.



