Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Microsoft prezidenti süni intellektlə bağlı mühüm açıqlamalar verib

Brad Smith son zamanlar süni intellektə ən çox önəm verən şirkətin rəhbəri olaraq bu sahə ilə bağlı bir sıra açıqlamalar verib. Microsoft-un rəhbəri bu yaxınlarda CNBC-yə müsahibəsində bildirib ki, hər bir texnologiya kimi süni intellekt həm alət, həm də silah olmaq potensialına malikdir. O bildirib ki, bu səbəblə süni intellektdə işləri yavaşlatmaq və ya bağlamaq üçün hər zaman insan nəzarətinə ehtiyac var.

Bu görüntülər kompüter qrafikası deyil!

Marks & Spenser "Chilled Cows, Chilled Milk" kampaniyasında sərbəst gəzən inəklərin şəkillərini reklam lövhəsinə gətirdi. Marks & Spencer iddia edir ki, “Chilled Cows, Chilled Milk” adlanan bu reklam lövhəsi dünyanın ilk canlı hərəkətli 3B rəqəmsal reklam lövhəsidir. İlk olub-olmamasından asılı olmayaraq, şirkətin öz reklam kampaniyasını yaradıcı üsulla təqdim etməsi diqqətləri öz üzərinə çəkib.

Xbox Game Pass xidmətinə yeni oyun əlavə edildi

Microsoft populyar xidmətini yeniləməyə davam edir. Bu yaxınlarda Xbox Game Pass xidmətinə əlavə edilən oyunlar “Age Of Empire: Anniversary Edition” ilə “HUMANKIND” idi. Xidmətə əlavə edilən son oyun “Bulud Xbox konsolları və PC” üçün "Sea of ​​Stars" oldu.

Marshall "Motif II ANC" təqdim edildi

Marshall "Motif II ANC" simsiz qulaqlıq modeli təqdim olundu. Səs-küyü ləğv edən xüsusiyyəti ilə Bluetooth 5.3 əsaslı məhsul qulaqdaxili formada olduğu üçün keyfiyyətli səs izolyasiyasına sahibdir. "Motif II ANC" simsiz qulaqlıq modeli üçün açıqlanan satış qiyməti 199 dollardır.

WhatsApp “IP ünvanının qorunması” üzərində işləyir

WhatsApp bu dəfə zənglər üçün "IP ünvanının qorunması"na diqqət yetirib. WABetaInfo tərəfindən paylaşılan bu funksiya hazırda Android beta versiyasında sınaqdan keçirilir. Nə zaman istifadəyə veriləcəyi hələ açıqlanmayan xüsusiyyət WhatsApp serverləri üzərində işləyəcək. Bunun zəng keyfiyyətini aşağı salacağı düşünülür. Burada "end-to-end encryption" istifadə edilib-edilməyəcəyi hələ məlum deyil, belə bir infrastrukturda buna böyük ehtiyac var.

Huawei "Mate 60" təqdim edildi

Huawei "Mate 60" modelini istifadəçilərə təqdim etdi. Huawei "Mate 60" 120 Hz yeniləmə tezliyi təklif edən 6,7 düymlük 2688 x 1216 piksel Full HD+ AMOLED paneli ilə gəlir.

"Mate 60" üç fərqli variantda satışa çıxarılacaq:

  • 12 GB RAM + 256 GB – 750 $
  • 12 GB RAM + 512 GB – 820 $
  • 12 GB RAM + 1 TB – 960 $

WhatsApp Mac üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim etdi

Meta təkmilləşdirilmiş qrup zəngi funksiyası ilə Mac üçün nəzərdə tutulmuş WhatsApp-ın yeni versiyasını təqdim etdi. Bu versiya sayəsində Mac istifadəçiləri proqramın video zəng funksiyasından kompüterlərində rahat şəkildə istifadə edə biləcəklər. WhatsApp-ın səhifəsində edilən açıqlamaya görə, Mac istifadəçiləri video zənglərdə 8 nəfərə qədər, səsli zənglərdə isə 32 nəfərə qədər istifadəçi ilə əlaqə saxlaya biləcəklər.

Posted 
Aug 30, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All