ABŞ mərkəzli texnologiya nəhəngi Microsoft, bu saatlarda 2025-ci ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Rəqəmlər, dünyanın ikinci ən dəyərli şirkətinin işlərinin çox yaxşı getdiyini ortaya qoyur.
Verilən məlumatlara görə Microsoft, ilin ikinci rübündə 76,4 milyard dollar gəlir əldə edib. Bu məbləğin 27,2 milyard dolları isə xalis mənfəət olaraq şirkətin hesabına daxil olub. Bu göstəricilərlə Microsoft-un gəlirləri %18, xalis mənfəəti isə %24 artım göstərib.
Şirkətin son 3 ayda bu qədər uğur qazanmasının ən böyük səbəblərindən biri Azure bulud xidmətidir. Azure-un gəlirləri illik əsasda %39 artıb. Microsoft-a görə Azure elə bir səviyyəyə çatıb ki, bu xidmətin son 1 ildə gətirdiyi gəlir 75 milyard dolları keçib.
Daha çox
Daily
kateqoriyasından
View All