Son günlərdə Elon Musk və Ryanair şirkəti arasında Starlink internetinin təyyarələrə quraşdırılması mövzusunda konflikt gündəm olub.

Mübahisənin başlanğıcı

Ryanair CEO-su O’Leary təyyarələrində SpaceX-ə məxsus Starlink internetinin quraşdırılmasına qarşı çıxaraq bunun əlavə çəki və yanacaq xərcləri yaradacağını bildirib.
Bu açıqlamaya cavab verən Elon Musk Michael O’Leary-ni “məlumatsız” adlandırıb. O’Leary isə gecikmədən cavab verərək Musk-a açıq şəkildə “idiot” deyə müraciət edib. 

Bu açıqlamadan sonra Ryanair rəsmi X hesabında Elon Musk-a ünvanlanan istehzalı paylaşım edib: “Perhaps you need Wi-Fi” (“Bəlkə də, özünə Wi-Fi lazımdır”).

Elon Musk Ryanair-in paylaşımına cavab olaraq zarafatla bildirib ki, Ryanair-i alıb CEO vəzifəsinə ‘Ryan’ adlı birini təyin edə bilər. Ardınca bu mövzuda X-də sorğu da paylaşıb.

Ryanair rəsmi X hesabında paylaşım edərək, Michael O’Leary-nin Dublində mətbuat konfransında Elon Musk-ın “Twitter tantrum”-una cavab verəcəyini açıqlayıb. Ardınca “Big ‘Idiot’ Seat Sale” adlı endirim kampaniyası elan olunub.

Yahoo Finance-in məlumatına görə, mübahisə fonunda Ryanair səhmləri Dublində 1,2% geriləyib, Tesla səhmləri isə Nyu-Yorkda 3,7% dəyər itirib. Analitiklər investorların Musk-ın əsas bizneslərinə fokuslanmasını istədiyini qeyd edir.

Posted 
Jan 21, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All