N

BA, 75-cil ilinə özəl olaraq hazırladığı reklam filmini yayımladı. Reklam üçün yaradılan xəyali bir məhəllədə 20 təqaüdçü NBA əfsanəsinə hələ də liqada oynayan 14 məşhur adam yoldaşlıq edir.

"NBA Lane" adlanan 3 dəqiqəlik reklamda, təqaüdçü oyunçuların və hələ də liqanın fəal iştirakçısı olan oyunçuların birlikdə yaşadığı bir məhəllə yaradıldı. Aktyor Michael B. Jordan uşaqları məhəlləyə aparan avtobus sürücüsünü canlandırır. Basketbol liqasının ən əfsanəvi oyunçularından olan Michael Jordan reklamda olmasa da, Kareem Abdul-Cabbar, Julius Erving, Oscar Robertson, Bill Russell, Isiah Thomas, LeBron James, Kevin Durant, Kawhi Leonard və Zion Williamson kimi məşhur oyunçular reklamda yer alır. Eyni zamanda filmdə Benni Bull və The Raptor da daxil olmaqla ümumilikdə 7 məşhur maskotu görmək mümkündür. Keçən il vəfat edən Kobe Bryantı da unutmayan basketbol liqası məşhur oyunçunu fiziki olaraq olmasa da, reklam çarxına daxil etdi.

NBA CMO-su Kate Jhaveri "Əfsanəvi keçmiş oyunçuları və mövcud liqa oyunçularını NBA ruhuna uyğun olaraq bir yerə yığmaq istədik. Bütün sevdiyiniz NBA oyunçularının birlikdə yaşadığı bir məhəllədən daha yaxşı bir cəmiyyətin olmadığını düşündük və “NBA Lane”-i yaratdıq” deyə qeyd etdi.

NBA-nı yaxından izləyənlərin mütləq anlayacaqları istinadları özündə əks etdirən reklam çarxı bütün bu detallarla olduqca əyləncəli hala gətirilmişdir. Seattle Supersonic komandasında məşhur müdafiəçi olaraq tanınan Gary Paytonun 'Məni keçə bilməzsən' deyərək avtobusu dayandırması və Dikembe Mutombonun məşhur barmaq silkələməsinin qırmızı işığa adaptasiyası kimi nümunələr reklam filmini  daha da zənginləşdirir.


Posted 
Oct 11, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All