Paramount Warner Bros. Discovery (WBD) və CEO David Zaslav-a qarşı məhkəmə iddiası qaldırıb.
Məqsəd — WBD-nin Netflix-in satınalma təklifini necə qiymətləndirdiyi və qəbul etdiyi barədə daha çox məlumat əldə etməkdir.
Ellison Paramount-un təklifinin maliyyə baxımından Netflix-in razılaşmasından daha sərfəli olduğunu bildirir. Buna baxmayaraq, WBD Paramount-un təklifini səkkiz dəfə rədd edib.
Ellison vurğulayır ki, səhmdarlar düzgün qərar vermək üçün kifayət qədər məlumat əldə etməyiblər və buna görə məhkəməyə müraciət edib.
Paramount Warner Bros. Discovery-nin bütün aktivləri üçün 108 milyard dollar təklif etmişdi. Bu təklifə şirkətin streaming platformaları, film studiyaları, həmçinin CNN, TNT və TBS kimi kabel kanalları daxil idi.
Warner Bros bu təklifi “hostile takeover” (qarşı tərəfin razılığı olmadan alınma cəhdi) adlandırmışdı. Şirkətin bu qərarı media və əyləncə sənayesində tərəflərin strateji mövqelərini qorumağa yönəlik addım kimi qiymətləndirilir.



