Paramount Warner Bros Discovery-ni almaq üçün Səudiyyə Ərəbistanı, Qətər və Abu Dhabi fondlarından 24 milyard dollar istəyir.
Paramount Skydance Warner Bros Discovery-ni almaq üçün Səudiyyə Ərəbistanı, Qətər və Abu Dhabi fondlarından, təxminən, 24 milyard dollar kapital dəstəyi almaq üzrə danışıqlar aparır. Razılaşmanın üçüncü rübdə bağlanması gözlənilir.
Birləşmə CNN və CBS kimi böyük studiyaları birləşdirərək, streaming platformaları ilə rəqabəti gücləndirəcək. Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu təxminən 10 milyard dollar dəstək verəcək.
Körfəz fondları yeni birləşmədə səs hüquqlarına malik olmayacaq və Paramount rəhbərləri bu dəstəyin ABŞ-nin xarici investisiya və kommunikasiya qurumları tərəfindən nəzərdən keçirilməsinə təsir etməyəcəyini bildirir.



