S

on illərdə artan kiber cinayətlərdən, 2021-ci ilin ilk yarısında günlük həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş bir çox şirkət də zərər gördü.

Facebook keçən həftə 106 ölkədən olan 533 milyon istifadəçinin şəxsi məlumatlarının aşağı səviyyəli xakerlər tərəfindən ələ keçirilməsi ilə yenidən gündəmə gəldi. Oğurlanmış məlumatlar arasında yer alan telefon nömrələri, ünvanlar, doğum tarixləri, giriş məlumatları əslində 2019-cu ilə aiddir. Facebook açıqlamasında da bu məlumatların çox köhnə olduğunu və bu problemin 2019-cu ilin avqust ayında aradan qaldırıldığını vurğulayıb. Amma son iki ildə bu məlumatları çox insanın dəyişmədiyini nəzərə alsaq, bəhs edilən bu kiber hücum yenə də böyük bir problem sayılır.

ABŞ-da 32 milyon, İngiltərədə 11 milyon, Türkiyədə isə 19.6 milyon istifadəçinin məlumatları oğurlanıb. Bir çox ölkənin müvafiq qurumları Facebookdan bununla bağlı açıqlama tələb edib.

LinkedIn-dən də 500 milyon istifadəçinin məlumatlarının oğurlandığı bildirilir. Adları, email ünvanları, ev ünvanları, telefon nömrələri və digər sosial media hesablarını ehtiva edən verilənlər bazası bir internet saytında satışa çıxarılıb. LinkedIn rəsmi açıqlamasında bunun kiber hücum olmadığını bildirdi. O qeyd edib ki, bunlar istifadəçinin gizli məlumatları deyil, hər kəsə açıq olan məlumatlarıdır.

Amma LinkedIn-in 75% istifadəçisinin məlumatlarının internetdə satışa çıxarılmasının özü də böyük bir problemdir. Hansı ölkənin nə qədər istifadəçisinin məlumatları oğurlandığı məlum olmasa da, İtaliya artıq istintaq aparmağa başlayıb. Luksemburq və İrlandiya isə LinkedIn-dən açıqlama tələb edir.

Son zamanların məşhur sosial media platforması Clubhouse da kiber hücumlara məruz qalanlardandır. 1.3 milyon Clubhouse istifadəçisinin adı, sosial media hesabları, şəkil URL-ləri və digər məlumatları bir xaker formunda pulsuz olaraq paylaşılıb. Clubhouse isə sistemlərinin hər hansı bir hücuma məruz qalmadığını, paylaşılan məlumatların isə hər kəsə açıq olaraq paylaşılan məlumatlar olduğunu qeyd edib. Amma bu məlumatların içərisində kart nömrələri kimi önəmli məlumatlar olmasa belə mütəxəssislər vurğulayır ki, pis niyətli insanlar tərəfindən başqa hücumlar zamanı istifadə edilə bilər.

Türkiyədə isə Yemeksepeti keçən ay xakerlər tərəfindən hücuma məruz qalmışdı. Rəsmi açıqlamasında isə hücuma məruz qaldığını təsdiqləsə də, qeyd ediblər ki, kart məlumatları oğurlanmamışdır.

Pandemiya olması səbəbi ilə şirkətlər evdən çalışma prosedurlarını həyata keçirərkən təhlükəsizlik sistemlərində böyük bir divarı aradan qaldırmaq məcburiyyətində qalıblar. Bunun nəticəsində də evdən çalışanlar kiber cinayətlər üçün daha asan hədəf olmağa başlayıb. 2022-ci ildə dünya miqyasında informasiya təhlükəsizliyi bazarı böyüklüyünün 170,4 milyard dollara çatacağını təxmin edən mütəxəssislər, kiber cinayətlərin 2025-ci ilə qədər dünyaya 10,5 trilyon dollara başa gələcəyini söyləyir.

Posted 
Apr 18, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All