"

Samsung”un smart-saatları “Galaxy Watch” indiyədək “WhatsApp” dəstəyindən məhrum idi. Buraya “Galaxy Watch 4” və “Watch 5” də daxil idi. Bu gündən etibarən bu çatışmazlıq aradan qalxır. “Watch 4” və “Watch 5” smart-saat modelləri üçün artıq “WearOS” əsaslı rəsmi “WhatsApp” tətbiqi mövcuddur.

You Could Soon Take WhatsApp Calls On Galaxy Watch 4/5 - Fossbytes

Beləliklə, smart-saatlarda əvvəlki söhbətlərinizi görmək mümkün olacaq. Bir sözlə, adi “WhatsApp” tətbiqini smart-saatınızda da etibarlı şəkildə istifadə edə biləcəksiniz.

“Google I/O 2023”də bizi nə gözləyir?

Android Developers Blog: Let's go. It's Google I/O 2023

Artıq deyə bilərik ki, “Google Pixel” smartfon ailəsi ilə birlikdə smartfon bazarının da mühüm adlarından biridir. Qəribə marketinq siyasəti ilə seçilən Google, “I/O 2023” konfransına bir neçə gün qala ilk qatlana bilən smartfonunun - “Pixel Fold-un təqdimat videosunu paylaşdı. Hazırda “Pixel Fold” modelinin texniki detalları haqqında məlumat, demək olar ki, yoxdur. Bütün detalların “Google I/O 2023”də bilinəcəyi gözlənilir.

Pixel Tablet

Sonuncu dəfə 2015-ci ildə “Google Pixel C” planşeti ilə səs salan şirkət, keçən il keçirilən “Google I/O 2022”də yeni planşet modelini də nümayiş etdirmişdi. Tablet “Google I/O 2022”də göstərilsə də, texniki detalları paylaşılmamışdı. Həmçinin bütün detalların Google I/O 2023-də açıqlanacağı gözlənilir. Gücünü “Tensor G2” çipindən alacağı gözlənilən “Pixel Tablet” 8 GB RAM təklif edə bilər. “Android 13” əməliyyat sistemi ilə gələcək planşet 11 düymlük ekrana sahib olacaq.

Süni intellekt və “Bard”

Ötən günlərdə sizə süni intellekt dünyasının ən önəmli adlarından biri olan “Google”un “ChatGPT”yə rəqib olacaq “Bard”ı rəsmi olaraq elan etdiyini demişdik. “Bard” və “Google”un süni intellekt üzərində gördüyü işlər haqqında yeni məlumatlar da “Google I/O 2023”də paylaşılacaq.

Google Bard AI hands-on: A work in progress with plenty of caveats |  Engadget

“iOS 17” yeni xəritə görünüşü ilə gəlir.

“Analyst941” adlı tviter hesabına görə, bu yenilik “iOS 17” ilə dəyişəcək, xəritələr və bununla bağlı bütün detallar kilid ekranının bir hissəsini tutacaq. Proqram bildirişləri, kamera və fənər düymələri isə ekranın aşağı hissəsində qalacaq. Şübhəsiz ki, “WWDC” tədbirində “watchOS 10” və digər proqram təminatı haqqında ətraflı məlumat əldə edəcəyik.

Twitter etiraf etdi: “Twitter Circle”dakı tvitlərin yayılması xəbəri düzdür?

Twitter itiraf etti! Özel Tweet'ler sızdırıldı mı

Elon Musk-a məxsus “Twitter”, ötən illərdə istifadəçilərə “Twitter Circle”ı təqdim etmişdi. Bu funksiya sayəsində istifadəçilər yalnız özlərinin seçdiyi insanlara şəxsi tvitlərini göstərə bilirlər. Keçən ay yayılan xəbərə görə, bir çox insan paylaşdığı şəxsi tvitlərin kənar şəxslər tərəfindən də görüldüyünü bildirib. Hadisələrdən sonra “Twitter” problemlə bağlı açıqlama yayıb. Sözügedən vəziyyətlə bağlı problem yaşayan istifadəçilərə imeyl vasitəsilə müraciət göndərildiyi deyilir. İstifadəçilərin paylaşdığı imeyllərin ekran görüntülərində şirkətin problemi qəbul etdiyi görünüb. Daha sonra problem öz həllini tapıb, lakin “Twitter” bu problemin səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

716 nəfəri işdən çıxarmağa hazırlaşan “LinkedIn”, Çindəki tətbiqini də bağlayır.

LinkedIn CEO Ryan Roslansky Sees Growth Outside US, With India Leading -  Bloomberg

Şirkətin icraçı direktoru Ryan Roslansky işçilərinə yazdığı imeyldə işdən çıxarılmalara səbəb kimi dünyada gərgin rəqabət və sərt makroiqtisadi mühiti göstərib. Onun sözlərinə görə, məhsul və mühəndislik qrupları şirkətin texnoloji yol xəritəsinə cavabdeh olacaq, biznes məhsuldarlığı komandası isə mərhələli şəkildə ləğv ediləcək. Tədricən baş tutacaq ixtisarlar mayın 15-dən başlayacaq. Proses avqustun 9-da başa çatacaq. Xatırladaq ki, LinkedIn-in dünya üzrə 20 000 əməkdaşı var.

“Samsung Galaxy Watch” ürək xəstəliklərinə diaqnoz qoyacaq.

 “Samsung” şirkəti “Galaxy Watch”a ürək ritmini izləyəcək yeni funksiya əlavə edir. Texnologiya nəhəngi ABŞ-dən “Health Monitor” tətbiqi üçün nizamsız ürək ritmi bildirişi (IHGN) sertifikatı aldığını açıqlayıb. Bu o deməkdir ki, “Galaxy Watch” ürək ritminin pozulmasını aşkarlayacaq və istifadəçiyə məlumat edəcək. AFib - insult və ürək çatışmazlığı kimi narahatlıqlar da daxil olmaqla, potensial ürək sağlamlığı problemləri üçün xəbərdarlıq sayılır. AFib olan şəxslərin erkən diaqnozu müalicə üçün çox vacibdir. Buna görə də “Galaxy Watch”un ürək ritminin pozulması ilə bağlı bildirişlər göndərməsi diqqətəlayiq görünür. Galaxy Watch Active-in “BioActive Sensor”u Health Monitor tətbiqində aktivləşdirildikdə, o, fonda ürək ritmlərini izləyəcək. Nizamsızlıq aşkar edilərsə, saat potensial “AFib” barədə xəbərdarlıq edəcək. İstifadəçilərə daha dəqiq qiymətləndirmə üçün EKQ müayinəsindən keçmələri bildiriləcək.

Huawei” yeni alt markası “Huawei Kunling”i təqdim etdi.

Huawei yeni alt markası Huawei Kunling'i tanıttı | DonanımHaber

Mobil cihazlar və telekommunikasiyada bazarın aparıcı adlarından biri olan “Huawei”, bu yaxınlarda bir tədbirdə yeni alt markası “Huawei Kunling”i elan etdi. Kiçik və orta biznes üçün yaradılmış brend süni intellekt kameraları, fiber optik sensorlar, planşetlər və digər smart sensor cihazları kimi qabaqcıl məhsullar istehsal edəcək. Bununla belə, yeni brend kiçik və orta biznesi, hotelləri, kommersiya daşınmaz əmlaklarını, pərakəndə satış kanallarını və ofis təhlükəsizliyini də hədəf alacaq. Bu açıqlama ilə bərabər “Huawei”, Huawei Soho Wi-Fi 6 Campus Hummingbird Suite-i də elan etdi. Yeni Wifi 6 paketi qüsursuz, yüksək dəqiqlikli videoyükləmələr və videokonfrans, tam əhatə dairəsi və qüsursuz rouminq xüsusiyyətlərinə malikdir.

Posted 
May 9, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All