Qeyri-qanuni taksi fəaliyyətlərinin qarşısını almaq məqsədilə SİMA-nın üz tanıma texnologiyası artıq “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərində istifadəyə verilib.

Artıq bu platformalarda fəaliyyət göstərən sürücülər SİMA-nın rəqəmsal KYC (Müştərini Tanı) həlli ilə öz şəxsiyyətlərini təsdiqləyəcəklər. Üz tanıma vasitəsilə uğurla identifikasiya olunan sürücülərə taksi xidməti göstərməyə icazə veriləcək. Əgər sürücünün üzü profil fotosu ilə uyğun gəlməzsə, həmin profil bloklanacaq. Bu isə başqasının profilindən istifadə etmə hallarının qarşısını alacaq və qeyri-rəsmi sürücülüyə son qoyacaq.

Posted 
Jul 21, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All