Stranger Things-in Netflix-də yayımlanan yeni sənədli filmində bir səhnədə Chrome pəncərəsində ChatGPT ikonlarına bənzər nişanların görünməsi böyük müzakirələrə səbəb olub. Pərəstişkarlar bunu serialın 5-ci mövsümünün yazılmasında süni intellektdən istifadə edildiyinə işarə kimi şərh edirlər.
Eyni kadrda açıq Reddit səhifəsinin görünməsi də diqqət çəkib. Bu isə Duffer qardaşlarının əvvəllər “fan nəzəriyyələrini oxumuruq” deməsinə zidd görünür və iddiaları daha da gücləndirib.
Netflix və serialın yaradıcıları bu ittihamlarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. İddialar yalnız tamaşaçıların ekranda gördüyü detallara əsaslanır.
Daha çox
Yaradıcılıq
kateqoriyasından
View All



