HONOR-un qatlanan telefonu Magic V5 Guinness Rekordlar Kitabına düşərək dünya miqyasında diqqət mərkəzinə çevrildi. Qurğu “asılı vəziyyətdə ən ağır yükü qaldıran qatlanan telefon” nominasiyasında rekord qazanıb.

Rekord sınağı zamanı telefonun ortasına xüsusi qayış bərkidilib və cihazın qatlanan hissəsindən 84 kiloqramlıq soyuducu ilə birlikdə 20 kiloqramlıq əlavə yük asılıb. Beləliklə, Magic V5 ümumilikdə 104 kiloqram ağırlığı qaldıraraq dayanıqlığını sübut edib.

Guinness nümayəndələri tərəfindən qeydə alınan bu nəticə, qatlanan telefonların yalnız dizayn baxımından deyil, eyni zamanda mexaniki möhkəmlik baxımından da etibarlı ola biləcəyini göstərir.

HONOR bildirib ki, bu rekord Magic V5-in bazarda mövqeyini gücləndirməklə yanaşı, istifadəçilərin qatlanan telefonlara olan inamını artırmaq məqsədi daşıyır.

Posted 
Aug 20, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All