Tayvanlı şirkətlər və ABŞ arasında böyük ticarət razılaşması imzalanıb.
ABŞ və Tayvan yarımkeçirici istehsalı və texnologiya yatırımlarını əhatə edən geniş ticarət razılaşmasına imza atıb. Saziş strateji iqtisadi əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Razılaşmaya əsasən, Tayvan şirkətləri ABŞ-yə ən azı 250 milyard dollar həcmində investisiya yatıracaq. Vəsait əsasən yarımkeçirici istehsalı, enerji və süni intellekt sahələrinə yönəldiləcək.
Tayvandan ABŞ-yə ixrac olunan yarımkeçiricilər və əlaqəli avadanlıqlar üçün gömrük rüsumları azaldılacaq, bəzi məhsullar üzrə isə vergilər tam ləğv ediləcək. Tayvan bu addımla ABŞ-də çip istehsalını artırmağı və texnologiya sahəsində strateji mövqeyini gücləndirməyi planlaşdırır.
Daha çox
Biznes
kateqoriyasından
View All



