Temu-nun Türkiyə ofisində reyd.
Reuters-in xəbərinə görə, Çin mənşəli onlayn ticarət platforması Temunun Türkiyədəki ofisinə Rəqabət Qurumu tərəfindən reyd keçirilib. Şirkət basqının səhər saatlarında baş verdiyini təsdiqləyib.
Araşdırma çərçivəsində bəzi noutbuklar və elektron cihazlar müsadirə olunub. Temu sözçüsü bildirib ki, şirkət Türk qurumları ilə tam əməkdaşlıq edəcək.
Temu Çin e-ticarət nəhəngi PDD Holdings-ə məxsusdur və bir çox ölkədə məhsulları çox aşağı qiymətlərlə satması ilə tanınır. Türkiyədəki addım, daha əvvəl Temu-nun Avropa mərkəzi olan Dublindəki ofisinin Avropa İttifaqı tənzimləyiciləri tərəfindən yoxlanılmasından sonra atılıb.
Daha çox
Breaking News
kateqoriyasından
View All



