Bu il Bakıda tramvay şəbəkəsinin yaradılması üçün işçi layihənin hazırlanması planlaşdırılır.

Layihə çərçivəsində şəhərdə 5 xətt və 3 depo nəzərdə tutulur. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, əvvəlcə konseptual plan hazırlanacaq, daha sonra isə peşəkar layihələndirmə şirkətləri tərəfindən bütün şəbəkə layihələndiriləcək.

Layihənin tamamlanmasından sonra şəffaf tender yolu ilə ən uyğun təklif seçiləcək. Seçilən şirkət layihəni maliyyə təminatı və ekspertizaları ilə birlikdə icra edə bilər.

Posted 
Jan 28, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All