İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə yerli oyun studiyaları üçün keçirilən ilk beynəlxalq inkubasiya proqramı – Xsolla–IDDA Incubation Program başa çatıb.

Proqramda iştirak edən komandalar 7 avqust tarixində keçirilən “Demo Day” tədbirində oyun layihələrini münsiflər heyəti və investorlar qarşısında təqdim ediblər.

8 avqustda təşkil olunan yekun tədbirdə isə ümumi dəyəri 225 min manat olan müsabiqənin qalibləri açıqlanıb.

Bu təşəbbüs Azərbaycanın oyun sənayesində beynəlxalq miqyaslı ilk inkubasiya proqramı kimi qiymətləndirilir.

‍

Posted 
Aug 8, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All