"Meta Platforms" ötən gün ilin ikinci rübü üçün maliyyə hesabatını açıqladı. Üç aylıq dövrdə 13,46 milyard dollar xalis gəlir əldə etdiyini bildirən şirkət müxtəlif virtual reallıq investisiyalarında pul itirməyə davam edir...
"Meta"nın metaverse, artırılmış reallıq (AR) və virtual reallıq (VR) texnologiyalarının inkişafına yönəlmiş "Reality Labs" bölməsi əhəmiyyətli itkilərlə üzləşir. Platforma ötən ilin eyni dövründə 3,73 milyard dollar zərər görsə də, son rübdə 4,48 milyard dollar zərərdə olduğunu açıqlayıb.
VR eynəkləri və "Ray-Ban" ağıllı eynəklərindən əldə edilən gəlir 28 % artaraq 353 milyon dollara çatıb. Bununla belə, "Reality Labs" 2020-ci ildə qurulduğu gündən bəri 46,54 milyard dollar zərərdə olub.
Artan itkilərə baxmayaraq, Zukerberq "Reality Labs"a investisiya etməyə davam edir.