İ

mani Maylz qoluna taxdığı “Apple Watch”un sayəsində həyatda qalıb. Belə ki, İmaninin anası qızının saatının durmadan səs saldığını görüb və onu dərhal xəstəxanaya aparıb. Ananın verdiyi məlumata görə İmaninin ürəyi sürətlə döyündüyü üçün dayanmadan siqnal verən “Apple Watch” hələ indiyə qədər belə səs-küy salmayıb.

Həkimlər tərəfindən dərhal müalicə olunan İmaninin apendiks xərçəngindən (apendiks iltihabı) əziyyət çəkdiyi məlum olub. Bu iltihabın səbəbi apendiks sahəsində neyroendokrin şişinin əmələ gəlməsidir.

Təxminən 10 millimetr uzunluğunda kiçik bir orqandan qaynaqlanan və apendiks adlanan yoğun bağırsağın yanında yerləşən bu xərçəng növü vaxtında müdaxilə edilmədiyi halda xəstəni öldürə bilər.

Həkimlər İmanidə şiş aşkar edən zaman apendiks xərçəngi uşağın bütün bədəninə yayılıb. Buna görə 12 yaşlı qızın əməliyyat olunması zərurətə çevrilib.
Qızın anası “Əgər Apple Watch dayanmadan səs-küy salmasaydı, mən qızımı bir neçə gün sonra xəstəxanaya apara bilərdim. Qızımın qolunda o saat olmasaydı, hər şey daha pis ola bilərdi”, - deyə bildirib.

İmaninin əməliyyatı uğurla başa çatıb və balaca hal-hazırda dincəlir.

Posted 
Oct 22, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All