ABŞ şirkəti “Technovate Investments”in qurucusu Fərid İsmayılzadədir. O həm də Azərbaycanda fəaliyyət göstərən "GoldenPay" (Hesab.az portalının sahibi) və "eMobile"  şirkətlərinin qurucusudur. "GoldenPay" və "eMobile" şirkətlərini satdıqdan sonra ABŞ-a köçmüş, “Technovate İnvestments” şirkətini qurmuş, Azərbaycan və Gürcüstandan olan startaplara investisiya qoyuluşları ilə dəstək olmağa başlamışdır.

“Technovate”in portfelində 5 startap var. Bunlardan 4-ü artıq Amerikadadır. Fəridin verdiyi açıqlamada 5-ci startapın isə bazar araşdırılması bağlı işləri getfiyini və bu proses bitən kimi önümüzdəki aylarda onu da Amerikaya köçəcəyini bildirib.

Bu startapların arasında Gürcüstan startapı da var. Şirkət istənilən qlobal potensiallı startapla işləməyi istisna etmir.

Fərid bəyin fikrinə görə, Azərbaycanın startap ekosistemi çox yeni olduğu üçün burda təkcə dövlətdən hansısa addımların atılması gözlənilməməlidir. Bizdə investor problemi də var, yaxşı ideaların azlığı problemi də. Gürcüstan ekosistemi bizdən çox öndədir. Ordakı iş adamlarının, startapçıların və dövlətin yanaşması bizimlə müqayisədə daha inkişaf etmişdir. Ümumiyyətlə, hansısa startap ekosistemini inkişaf etdirmək, özü elə startap yanaşması tələb edir. Risk etmək, sürətli olmaq, müxtəlif addımları atmaqdan qorxmamaq lazımdır. Dünyanı dəyişdirmək haqqında düşünən, bunun xəyalını quran, bu yolda vizyonu olan, təmsilən “dəli” insanlara qeyri-ciddi yanaşmaq, onların edə biləcəklərini aşağı qiymətləndirmək bu ekosistemə çox ziyan vurur. Əslində isə belə insanları dəstəkləməli, belə insanların daha çox olması üçün şərait yaradılmalıdır. 

ABŞ-da startup ekosistemi isə dünya lideridir. Məncə ABŞ-dan sonra ikinci yerdə gedən ekosistem ABŞ-dan on illiklər qədər geridədir. Bunu rahat şəkildə çoxlu reytinqlərdən görmək olar. Ona görə də biz məhz qlobal lahiyələrimizi həmən ABŞ ekosisteminə inteqrasiya edirik. Ordakı qanunvericilik, imtiyazlar, investorların yanaşması, böyük şirkətlərlə əməkdaşlıq və s. ən yüksək səviyyədədir.

Biz investorlarımıza startapın mütləq qiymətini müəyyən etmədən, habelə bu qiymətə qiymətləndirmə maksimum təyin etməklə pay alqı-satqısı həyata keçirməyi mümkün edən “SAFE” müqaviləsi ilə investisiya imkanı yaradırıq. Bu müqavilə çərçivəsində investorlar hələ ən ilkin mərhələdə olan şirkətə investisiya etdikləri üçün onların indi edəcəyi investisiya gələcəkdə şirkətin əldə edəcəyi investisiyalar zamanı şirkət qiymətləndirilməsinə uyğun, lakin maksimum hədd təyin etməklə qiymətləndiriləcək.

Qeyd etmək istədim ki, Kluba rəhbərliyi üçün bu sahədə biliyinə çox güvəndiyim, eyni zamanda investisiya və texnoloji sahədə 10 ildən çox təcrübəsi olan Orxan Bağırova təklif etdim və o da razılaşdı. Orxan Bağırov hazırda “InvestAZ” İnvestisiya Şirkətində və “GoldenPay” şirkətində Müşahidə Şurasının üzvüdür. Klubun idarəçiliyi digər məsələlər onun nəzarətində olacaq. Klubun cari işləri ilə məşğul olması üçün katibliyi də olacaq. Mən isə harda olmağımdan asılı olaraq investorlara lahiyələrin gəlməsi, onların inkişafı və məlumatlandılmasında aktiv iştirak edəcəyəm.

Posted 
May 6, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All