"
Azercosmos” ilə qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə edəcək.
Məlumatda deyilir ki, “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir”.
“Intelsat”ın vitse-prezidenti Adam Troy deyib ki, “Azercosmos” Afrika regionunda “Intelsat”ın mühüm tərəfdaşıdır: “Biz Azercosmos-la Azerspace-2 peykinin orbitə buraxıldığı ildən bəri əməkdaşlıq edirik, Azercosmos-a güvənirik”.
Daha çox
Texnologiya
kateqoriyasından
View All