A

pple yaxın aylarda yeni iPhone 15 seriyasını təqdim edəcək. Seriyanın standart modeli olan iPhone 15, açıqlanan məlumata görə, 6,1 düym ölçülü və 2556 x 1179 piksel təsvir ölçülü OLED ekrana sahib olacaq. 60 Hz yeniləmə sürəti ilə dəstəklənəcək bu ekranda tətbiqlərdən gələn bildirişləri göstərən "Dynamic Island" da yer alacaq.

Cihaz Apple-ın A16 Bionic prosessoru ilə təchiz ediləcək. Bu çipseti iPhone 14 seriyasının Pro və Pro Max modellərində də görmüşdük. Digər tərəfdən, iPhone 15-də 6 GB RAM, yaddaş olaraq isə 128 GB / 256 GB və 512 GB seçimləri olacaq. 

Ön tərəfində 12 meqapiksellik selfi kamerası olacaq smartfonun arxa korpusunda 2 kamera olacaq. Bunlar müvafiq olaraq 48 meqapiksellik əsas kamera və 12 meqapiksellik ultra geniş bucaqlı kameradır.

Digər tərəfdən, cihaz 3279 mAh tutumlu akkumulyatora sahib olacaq. Nəhayət, iPhone 15-in Avropa Birliyinin yeni qanununa uyğun olaraq USB Type-C port yuvası və periskop lens texnologiyasına sahib olacağı daha əvvəl sızdırılan məlumatlar arasında yer alır.

Bu yaxınlarda paylaşılan bir sızıntıya görə, iPhone 15, 899 dollar qiymət etiketi ilə satışa çıxarılacaq. 

iPhone 15 xüsusiyyətləri istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox rəqibi 120 Hz yeniləmə sürətinə keçsə də, Apple-ın 60 Hz ekran təqdim etməyə davam edəcəyi çoxlu tənqidlərə səbəb oldu. Onun vəd etdiyi xüsusiyyətlərə görə qiymətinin baha olduğu düşünülür. 

Bəs sizcə, yeni iPhone qiyməti Azərbaycanda nə qədər olacaq?
Posted 
Jun 26, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All