C

anon Powershot Zoom, 400 mm-ə qədər optik və 800 mm-ə qədər rəqəmsal yaxınlaşdırma edə bilir. Telefoto lensli kompakt, monokulyar bir kameradır. Bu kamera ilə həm video çəkmək, həm də foto çəkmək mümkündür. İlk dəfə 2019-cu ildə təqdim edilmişdir. Keçən həftə isə, Yaponiyadakı bir crowdfunding platformasında cəmi 13 saatda hədəfinə çataraq həqiqətən də tələbat alacaq bir məhsul olduğunu sübut etdi.

Canon Powershot Zoom, istifadəçinin əlinə yerləşəcək qədər kiçik bir dizayna və sadecə 145 qram ağırlığa sahibdir. DIGIC 8 prosessoru ilə işləyən və videoları tam HD şəklində yazmasına imkan verən 12.1 MP CMOS sensoru var. Bu kameranın bazarda fərq yaradan xüsusiyyəti, 100 mm-dən 400 mm-ə qədər optik zoom və 800 mm-ə qədər genişləndirilmiş rəqəmsal zoom edə bilməsidir. Kamera xüsusi bir mobil app vasitəsi ilə smartfona qoşula bilir, beləliklə istifadəçilər telefon ekranında çəkdikləri şəkilləri real vaxtda görə bilir.

Deyək ki, övladınızın məktəbdə səhnədə çıxış edəcəyi bir tədbirə getmisiniz. Lakin, oturacağınız çox geridə olduğu üçün onu çətinliklə görürsünüz. Bu vəziyyətdə Canon Powershot Zoom, onu qabaq sıralardan izləyirmiş kimi görməyinizə və şəkil və ya videosunu çəkməyinizə imkan verir.

Posted 
Dec 12, 2020
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All