O

yun dünyasının ən çox gözlənilən oyunlarından biri olan “GTA 6”, “Rockstar” tərəfindən keçən il rəsmi olaraq elan edilmişdi. O vaxtdan bəri oyunla bağlı xeyli şayiələr yayılsa da, oyunun hələ nə vaxt çıxacağı bilinmir. Bu gün isə “GTA 6”da ən çox maraq doğuran şeylərdən biri olan xəritə ilə bağlı bir sızıntı sosial medianın gündəminə düşüb. Bir fanat sızan görüntülərdən istifadə edərək, ehtimal olunan xəritəni işləyib. Daha sonra “GTA 6 Trailer Countdown” adlı tviter hesabı bu xəritəni paylaşıb. Xəritə paylaşıldıqdan sonra istifadəçilər xəritənin ölçüsünü müzakirə etməyə başlayıb. Ancaq bu dizayn əslində sızıntı deyil. Xəritə 2021-ci ildə bir fanat tərəfindən hazırlanmışdır. Həvəskar gənc isə sızan görüntülər əsasında öz xəritəsini işləyib-hazırlayıb. Bir daha vurğulayaq ki, yayılan xəritə bir fanatın işlədiyi xəritədir və reallığı əks etdirmir.

Posted 
May 10, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All