D

ünyanın ən böyük mebel istehsalçılarından olan “Ikea”, yeni simsiz enerji doldurma cihazını təqdim etdi.

Son illərin ən populyar smart telefon aksessuarları arasında yer alan simsiz enerji doldurma cihazları fərqli şəkillərdə qarşımıza çıxmağa davam edir. “Ikea” tərəfindən təqdim edilən yeni “Sjömärke” adlı cihaz masalara simsiz enerji doldurma özəlliyi əlavə etməyə imkan verir.

Olduqca sadə istifadəsi olan “Sjömärke” adlı qurğu altına yerləşdirildiyi masanın üst hissəsində ağıllı cihazlarımıza simsiz enerji doldurmamıza imkan verir. Bu cihazın taxta və plastik masalarda istifadəsi mümkündür. “Sjömärke” ilə birgə iki tərəfli bandlar da təqdim edilir ki, bununla masaların altına cihazı yapışdırmaq mümkündür. “Qi” standartına sahib olan smart telefon, qulaqcıqlar kimi ağıllı cihazların batareyasını doldurmamızı təmin edən “Sjömärke”, 5W-a qədər dəstək verir. Oktyabr ayında satışa çıxacaq bu cihazın qiyməti isə 39.99 dollar olacaq.

Posted 
Sep 25, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All