İ

 lon Mask “Twitter” loqosunu “Dogecoin”lə əvəz edib!

İlon Mask deyəsən tərəzi bürcüdür. “Twitter”i aldığı gündən bəri onun üzərində bir çox dəyişiklik edən İlon Mask bu dəfə isə platformanın bu günə qədər istifadə edilən loqosunu dəyişib. Mask platformada “Dogecoin” loqosunu yerləşdirərək çaşqınlıq yaradıb. İlon Mask hər kəsə sürpriz edərək “Twitter”in loqosunu dəyişib. Axşam saatlarında “Twitter”ə girənlər “Twitter”in “mavi quş” loqosu yerinə “Dogecoin”i simvolizə edən “it” loqosu ilə qarşılaşmağa başlayıblar.

Qeyd etməliyik ki, bu loqo dəyişikliyi mobil tətbiqdə hələ ki, aktiv deyil. Digər tərəfdən, Maskın bu dəyişikliyi müvəqqəti etdiyi də deyilir. “Degecoin”ə olan sevgisini nəzərə alsaq, onun bu addımı atması heç də təəccüblü deyil.

Posted 
Apr 4, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All