H

ər vaxtınız xeyir, "Trilogy.news" oxucuları. Bu günkü "influnser müsahibələri" rubrikamızın qonağı bloqqeri Şəfiqədir. Fürsətdən istifadə edərək, təklifimizi qəbul edib, müsahibəmizdə iştirak etdiyi üçün Şəfiqəyə dərin təşəkkürlərimizi bildiririk.

Xoş mütaliələr!


Özünüz barədə bizə biraz məlumat verə bilərsiniz?

Səmanı, həyatı, insanları, kino kimi yaşamağı, kəşf etməyi sevən qız

Sizcə influnser kimdir? İnflunser nəyi etməli, nəyi etməməlidir?

Məncə etməli və etməməli anlayışının gücünü itirdiyi dövrdəyik. Kütlə arxanca gəlirsə, sənə etibar edirsə artıq influensersən. Keyfiyyət və digər məqamlar isə artıq başqa sualdır.

Necə uğurlu influnser olmaq olar?

İşin sirri “tutuzdurmaq”dı. Əgər nəbzi tutdunsa keyfiyyət, yaradıcılıq 2-ci plana keçir. Onsuz da böyük bir kütlə arxanca gələcək. Keyfiyyətli kontent də həmişə uğur gətirmir təəssüf ki.

İnflunser olmağa necə qərar verdiniz?

Televiziyadan ayrıldıqdan sonra  məlumat paylaşmaq ehtiyacı duyurdum. Hər şeyə tv süjeti kimi baxırdım. Bir də gördüm kontent yaratmaqdan zövq alıram.  İnstagramımı public edib paylaşmağa başladım🙈

Azərbaycanda influnser olmaq sizcə çətindir yoxsa asan?

Bu işin çətin və asan, əyləncəli və ürək sıxan tərəfləri var :)

Sosyal mediadan başqa nə işlə məşğul olursunuz?

Reel Agency-nin kreativ direktoruyam. Sosial Media Sahəsi üzrə mentor və konsultant kimi fəaliyyət göstərirəm, həmçinin təlimçi qismində bu təcrübəni insanlarla paylaşıram.

Özünüzü 1 sözlə ifadə etməli olsanız, bu hansı söz olardı?

Sevgi

İndiyə qədər etdiyiniz ən maraqlı və ən uğurlu layihə hansıdır?

9 illik peşəkar və 4 illik instabloq təcrübəm bir çox yerli və xarici layihələri əhatə edib. 1-ci yerdə F1 dayanır.

Dünyada və Azərbaycanda hansı influnserləri bəyənirsiniz?

İnsta hesabıma daxil olub izlədiklərim bölməsində həmin influenserlərlə tanış ola bilərsiniz.

İnflunserlər olmaq istəyənlərə məsləhətiniz nə olardı?

Sosial Media real həyatın yansıması belə deyil. Özünüzü çox qapdırmayın.

İnsanlar sizi hansı platformalarda tapa bilərlər?

@shafiga_elshan / shafigaelshan@gmail.com

Posted 
Apr 5, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All