nstagramın kontent yaradıcıları üçün yeni bir xüsusiyyəti aktiv edəcəyi məlum idi. Lakin bunun nə zaman istifadəyə veriləcəyi barəsində açıqlama verilməmişdi. Əgər siz Play Store və App Storedan instagram yenilənməsini etsəniz proqramın "In-app Purchases" (tətbiq daxili alış-veriş) yazısının peyda olduğunu görə bilərsiniz.
Bəs bu abunəlik sistemi nədir və necə işləyəcək?
Belə ki, əgər sizin izlədiyiniz və kontentlərini bəyəndiyiniz biri varsa artıq ona "abunə olub" dəstək ola biləcəksiniz.
Hal-hazırda test mərhələsində olduğunu düşündüyümüz bu sistem bir müddət sonra bir çox istifadəçiyə açıq olacaq.
Bundan başqa instagram yay aylarında "Xüsusi Storylər" xüsusiyyətini də test edirdi. Ehtimal olunur ki, burada yalnız ödənişli abunələr üçün xüsusi storylər paylaşılacaq.
Bəs qiymətlər necə olacaq?
Tətbiq haqqında məlumatlar hissəsinə keçdikdə bunun minimum 1$ maximum 5$ arasında dəyişəcəyini görə bilərik.