L

C Waikiki, onlayn ticarətdə yeni bir addım atdı. Artıq heç bir e-ticarət saytına məhsul verməyən “LC Waikiki”, satışları sadəcə öz saytlarında həyata keçirəcək.

LC Waikiki”nin idarə heyətinin sədri Vahap Küçük:

Rəqabətdə üstünlük qazanmaq üçün vasitəci şirkətləri aradan qaldıraraq, öz bazar yerimizi qururuq.

Digər tərəfdən, “LC Waikiki”nin “X-Side” və “Southblue” kimi markalarında durğunluq da vardı. İndi bu markaları da artıq satışa çıxarmağa başlayıblar. “X-Side”, gənclərə xitab edən bir markadır, “Southblue” isə daha çox üst seqment markadır. “LC Waikiki” bu markalarını satışa çıxararaq pandemiyada sürətlə böyüyən sahə olan onlayn alış-verişdə daha da güclənməyi hədəfləyir.

Vahap Küçük bildirir ki,

“Dream”, “Step”, “X-Side”, “Vision” bizim alt markalarımızdır. Bunların hamısını onlayn alış-verişdə bir yerə topladığımız zaman bir çox təbəqəyə xitab edə biləcəyik. Bununla da bazarı öz daxilimizdə açmış olacağıq.

“LC Waikiki” internetdəki 2023-cü il üçün olan dövriyyə hədəfinə 2020-ci ildə nail oldu. İdarə heyəti sədri Vahab bəy 2021-ci ilin sonunda pandemiya öncəsinə görə 3 qat böyümüş olacaqlarını qeyd edib. Həmçinin qeyd edib ki, bu sahədə önəmli bir qərar verərək məhsullarını artıq sadəcə öz saytları üzərindən satacaqlar.

Trendyol, Hepsiburada kimi başqa internet saytlarına artıq məhsul verməyəcəklər. LC Waikiki məhsulları bundan sonra artıq sadəcə “lcwakiki.com”da satılacaq.

Digər saytlarda satılan məhsullarından qazanc əldə etmədiklərini açıqlayan Vahab Küçük:

Vasitəciləri aradan qaldırdıq. Bu sayədə rəqiblərə görə daha uyğun qiymətlər təklif edə biləcəyik. İl sonuna qədər isə bütün markalarımız satışa çıxarılacaq.
Posted 
May 7, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All